Главная > Cəmiyyət > Professordan XOŞ XƏBƏR: xəstəlik bu halda bitəcək

Professordan XOŞ XƏBƏR: xəstəlik bu halda bitəcək


29-12-2020, 13:07. Разместил: azadses
Kütləvi immunitet yaranması üçün toplumun 60-70 faizi vaksinasiya olunmalı idi. Lakin virusun mutasiyaya uğramasından sonra bu faizdə artım olmalıdır.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsi İnfeksion Xəstəliklər və Kliniki Mikrobiologiya Şöbəsinin üzvü Murat Akova deyib.
Onun sözlərinə görə, əhalinin 50 faizi vaksinasiyaya cəlb olunsa, pandemiyanın istiqaməti dəyişə bilər: “Bundan sonra daha yüksək rəqəmlər əldə olunanda xəstəlik tamamilə aradan qalxa bilər. 90 faiz vaksinasiya aparıldıqda isə onsuz da xəstəlik deyə bir şey qalmayacaq. Nə qədər çox insan vaksinlənsə, xəstəlik bir o qədər asan və tez ortadan qalxar”.
Qeyd edək ki, professor Türkiyədə aparılacaq vaksinasiyanın koordinatorluğunu həyata keçirir.

Вернуться назад