Главная > Cəmiyyət > Rusiyadan Qarabağ açıqlaması: Qərb təkcə bunun üçün çalışmadı, həm də...

Rusiyadan Qarabağ açıqlaması: Qərb təkcə bunun üçün çalışmadı, həm də...


28-12-2020, 16:11. Разместил: azadses
Dağlıq Qarabağla bağlı razılaşmalar Rusiyanın diplomatik qələbəsidir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçov deyib.

Onun sözlərinə görə, federasiya Qərbin Rusiyaya qarşı sanksiya və təhdidlər şəklində davamlı təzyiqlərinə baxmayaraq, postsovet məkanındakı problemləri həll etmək bacarığını sübut edib.

Kosaçov xatırladıb ki, sanksiyalar, təhdidlər, Rusiyanın iştirakı ilə layihələrin qarşısını almaq cəhdləri və Qərb ölkələrinin digər təzyiq formaları ötən il ərzində də davam edib: “Bu proseslər kontekstində xarici qüvvələrin vəziyyəti alovlandırmaq cəhdlərinin açıq-aşkar göründüyü postsovet məkanında baş verən hadisələr təkcə sərhədlərimiz yaxınlığında “ocaqlar” təşkil etmək üçün deyil, eləcə də Rusiyanın müəyyən səhv siyasəti təəssüratı yaratmaq üçündür”.

Вернуться назад