Главная > Cəmiyyət > Türkiyənin Uhandan çıxardığı azərbaycanlıların karantini bitdi
Türkiyənin Uhandan çıxardığı azərbaycanlıların karantini bitdi14-02-2020, 12:11. Разместил: azadses |
Çindən gətirilənlərin heç birində virus əlamətləri yoxdur Türkiyənin koronovirusun mənbəyi olan Çinin Uhan şəhərindən evakuasiya etdiyi şəxslərin karantin müddəti bitdi. Səhiyyə naziri Fahrettin Koca son müayinələrin nəticələrinin artıq əllərində olduğunu və onların heç birində virusun aşkar edilmədiyini bildirib. "Sərnişinlərimizi gətirəndə də hər hansı bir xəstəlik əlaməti yox idi. 42 nəfərdən 6-ı azərbaycanlı, 3-ü gürcüstanlı, 1 nəfər isə xorvatiyalı idi. Mən bütün şəxslərlə görüşmüşəm. Bundan sonra normal həyatlarına davam edə bilərlər". Xatırladaq ki. 42 nəfər iki həftə öncə Türkiyənin "Koca Yusuf" adlı ambulans təyyarəsi ilə Çindən təxliyyə edilmişdi. Əvvəlcə Uhandan gətiriləcəklərin sayının 48 olacağı açıqlanıb. Ancaq son anda 6 nəfər şəhərdən çıxmaqdan imtina etmişdi. Koronovirus Çində 1300-dən çox insanın ölümünə səbəb olub. Virusun mənbəyi də məhz adıçəkilən şəhər hesab edilir. Şəhərə giriş-çıxış bağlanılıb. Вернуться назад |