Главная > Cəmiyyət > Deputatların maaşı artırılır? – AÇIQLAMA

Deputatların maaşı artırılır? – AÇIQLAMA


26-12-2020, 13:47. Разместил: azadses
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli 2021-ci ildə deputatların maaşlarının 10 faiz artırılacağı ilə bağlı iddialara münasibət bildirib.
 
T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bu məsələ gündəmdə deyil.
 
“Deputatların maaşlarının artırılması ilə bağlı hər hansı müzakirə aparılmayıb. Sadəcə, qanunvericiliyə dəyişiklik edilib. Dəyişikliyə əsasən, hər hansı deputatın təmsil etdiyi partiya onun seçildiyi müddətdən sonra dövlət qeydiyyatına alınsa belə, maliyyə ayrılmalıdır” – deputat bildirib.


Вернуться назад