Главная > Cəmiyyət > İctimai nəqliyyatın fəaliyyəti ilə bağlı YENİ QƏRAR: yanvarın 31-dək...

İctimai nəqliyyatın fəaliyyəti ilə bağlı YENİ QƏRAR: yanvarın 31-dək...


26-12-2020, 11:46. Разместил: azadses
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.
''Azad Səs'' xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul edilən qərara əsasən, 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;
- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;
- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək
bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.
Nazirlər Kabinetinin başqa bir Qərarına əsasən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi barədə qərarın müddəti 2021-ci ilin yanvarın 31-dək uzadılır.


Вернуться назад