Главная > Cəmiyyət > Azərbaycanda PEYVƏNDLƏNMƏ BU TARİXDƏ OLACAQ- MÜMÜM AÇIQLAMA
Azərbaycanda PEYVƏNDLƏNMƏ BU TARİXDƏ OLACAQ- MÜMÜM AÇIQLAMA26-12-2020, 10:24. Разместил: azadses |
"Sərtləşdirilmiş karantin tədbirləri yoluxmanın sayında artıq azalmanın müşahidə olunmasına səbəb olub. Buna baxmayaraq yoluxmaların sayının azalması insanları arxayın etməməlidir. Çünki, hazırda xəstəxanalarda, o cümlədən ağır xəstələrin sayında hələ də bizim istədiyimiz eniş müşahidə olunmayıb. Yenə də xəstəxanalara daxil olan ağırlaşmış xəstələrin olması müşahidə olunur, ev şəraitində müalicə alan xəstələrin sayı kifayət qədərdir. Xəstəxanada sağalanların sayı artır, ancaq bu prosesi optimal rəqmə çatdıranadək arxayın olmamalıyıq. Karantinin sərtləşdirilmiş formada qalması məqsədəuyğundur". Bu sözləri deputat Müşviq Məmmədli Sonxeber.az-a Azərbaycanda epidemiya ilə bağlı son vəziyyəti şərh edərkən deyib. O, bildirib ki, yanvarın ortalarına doğru vaksinasiya prosesinin başlanılması planlaşdırılır: "Bu müddət ərzində vaksinləşmə həyata keçirtmək üçün müvafiq infrastrukturun hazırlanması, səhiyyə müəssisələrinin bu istiqamətdə səfərbər olunması prosesi gedəcəkdir. Ona görə də ən azı yanvarın ortasınadək hələki bizim sərt karantin rejimində qalmağımız məqsədəuyğundur. Bu vaxtadək həm azalma müşahidə olunacaq, həm də vaksinlərin təhlükəsizliyi haqqında kifayət qədər məlumatlar əldə olunacaqdır. Vaksinasiya başladıldıqdan sonra yumşaldılma haqqında fikirləri müzakirə etmək olar". Вернуться назад |