Главная > Cəmiyyət > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ25-12-2020, 15:38. Разместил: azadses |
Azərbaycanda koronavirus infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. "Azad Səs" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 36 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib. Hazırda 49 103 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 300, bu günə qədər isə ümumilikdə 2 129 291 test icra olunub. Вернуться назад |