Главная > Cəmiyyət > Ərzaq alarkən bunlara diqqət edin - Ekspert izah edir...

Ərzaq alarkən bunlara diqqət edin - Ekspert izah edir...


25-12-2020, 15:22. Разместил: azadses
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiyadan idxal olunan dondurulmuş toyuq filesi məhsullarından götürülmüş nümunələrdə patogenlər, o cümlədən salmonella aşkar edildiyi üçün məhsul partiyalarının sanitariya-epidomoloji qaydalara və normativlərə cavab vermədiyi məlum olub. Bununla bağlı istifadəyə yararsız 4980 kq məhsul partiyası agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Bu barədə qida texnoloqu Ağa Salamov Redaktor.az-a açıqlamasında bildirib ki, salmonella bakteriyası təkcə idxal edilən toyuqlarda deyil, düzgün istifadə olunmayan məhsullarda və onların yumurtalarında görünən bakteriyadır:
"Həmçinin, çiy süd, istifadədən əvvəl qabığı yuyulmayan yumurtada bu bakteriyanın yeməyə qarışması qaçınılmazdır. Eyni zamanda, az bişmiş, istiliyi 75 dərəcəyə çatmayan toyuq məhsullarında da ola bilər. Nəzərə alaq ki, ölkəyə idxal olunan donmuş qida məhsulları uzun yol qət etdikdən sonra ünvana gəlir. Əgər həmin məhsullar xüsusi dondurucusu olan maşınlarda deyilsə, onların buzu qismən açılmış olur və bu zaman da yenidən dondurulmaya ehtiyac duyur. Belə olanda salmonella bakteriyasının olması qaçınılmazdır. Bu da zəhərlənmələrə gətirib çıxarır.
Toyuq ətinin buzu açılıbsa, onda 3 saatdan sonra gözlə görünməyən mikroorqanizmlərin sayı çoxalır. Ona görə bütün bunlar nəzərə alınaraq, daim yeni məhsullar istifadə olunmalıdır. Yerli məhsulların istehsalı onların yeni və çox gözlətmədən istifadəsinə şərait yaradır. 
İdxal olunan toyuq məhsulları da 1 dəfə dondurulmaqla, dondurucu maşınlarda gətirilməlidir. Çünki adi maşınlarda gələn toyuq məhsullarının buzu mərkəzdən, üst təbəqədən əridikcə bakteriyalar çoxalmağa, yayılmağa başlayır.  AQTA belə bir tədbir görübsə, deməli, bu məhsullar heç dondurulmayıb və ya 2-ci dəfə dondurmağa məcbur edilib. Bu, həmin məhsulları istifadəyə yararsız edir.
Düzgün şərtlər altında kəsilmiş, uyğun texnologiya ilə emal olunub, sadəcə, 1 dəfə dondurulmuş toyuqlar heç bir zəhərlənmə faktı yarada bilməz. Bu şərtlərlə istehsal olunan məhsul 3-6 ay ərzində dondurucuda saxlanılmaqla istifadə edilə bilər. Emal zamanı qida zəncirində şərtlərin pozuntusu salmonella bakteriyasının yaranmasına şərait yaradır".

Вернуться назад