Главная > Cəmiyyət > Azərbaycanda bir aylıq həftədə 3 günlük iş rejiminə keçirilməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda bir aylıq həftədə 3 günlük iş rejiminə keçirilməsi ilə bağlı AÇIQLAMA


25-12-2020, 14:04. Разместил: azadses
Azərbaycanda tətbiq edilən sərt karantin rejimi nəticəsində gündəlik yoluxanların sayı 4000-dən 1800-ə düşüb. Bu gün bu rəqəmlərin daha çox düşməsi üçün karantin rejiminin daha da sərtləşdirilməsi təklif edilir. Həmin təkliflərdən biri də 1 ay ərzində avtobuslarda sıxlığın aradan qaldırılması üçün həftədə iş günün azadılmasıdır, yəni həftədə 3 gün iş günü, yerdə qalan günlərdə isə insanların yalnız "sms icazə" ilə çölə çıxmasıdır.

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, debarın 14-dən tətbiq edilən sərt karantin rejimi özünün müsbət nəticəsini göstərməkdədir:

"Artıq gündəlik yoluxanların sayı 4000-dən 1800-ə düşüb. Təbii ki, bu rəqəmlərə arxayın olmaq olmaz. Çünki bilirsiniz ki, dünyada bu virusun yeni mutasiyaya uğrayan növü də yayılmaqdadır. Ona görə düşünürəm ki, gündəlik yoluxanların sayının 2-3 rəqəmliyə düşməsi üçün sərt karantin rejimi bir neçə ay davam etməlidir. Bundan əlavə yoluxma mənbəyi hesab olunan avtobuslarda sıxlığı azaltmaq üçün tədbirlər görülməlidir. Bundan əlavə bir aylıq, həftədə 3 günlük iş rejiminə də keçmək olar. Əlbəttə, bu tədbirlər davam etdirilsə və insanlarımız qoyulan qaydalara tam əməl etsələr virusdan canımızı qurtara bilərik".

Вернуться назад