Главная > Cəmiyyət > Azərbaycanlıların Xankəndi, Xocalı və Xocavəndə köçürüləcəyi tarix AÇIQLANDI
Azərbaycanlıların Xankəndi, Xocalı və Xocavəndə köçürüləcəyi tarix AÇIQLANDI25-12-2020, 11:57. Разместил: azadses |
44 günlük Vətən müharibəsində Azərbaycan tam olaraq ərazi bütövlüyünü bərpa etdi. Bu gün hər kəsi maraqlandıran məsələ Xankəndinə, Xocalıya və Xocvənddə vətəndaşlarımızın nə zaman köçürüləcəyidir. Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, işğaldan azad olunmuş bütün rayon və şəhərlərdə eləcə də Xankəndində, Xocalıda, Xocavəndə Azərbaycanın idarəetmə mexanizması tətbiq ediləcək: "Çünki həmin həmin ərazilərin hər biri Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu nöqtəyi nəzərdən hər bir azərbaycanlının qanunvericiliyə uyğun olaraq hər bir bölgədə rahat və təhlükəsiz yaşamq hüququ var. Əlbəttə, bu baxımdan Xocalıdan, Xankəndindən, Xocavəndən və digər rayonlardan məcburi şəkildə, vəhşicəsinə sürgün edilmiş vətəndaşlarımızın 2021-ci ildə öz dədə-baba yurdlarına köçürülməsi dövlətin müvafiq strukturlarının həyata keçirdiyi lazım olan tədbirlərdən sonra reallaşacaq. 10 noyabrda ortaq imzalanan bəyanatda da öz doğma yurdlarında didərgin salınmış vətəndaşlarımızın işğaldan azad edilmiş rayon və şəhərlərinə köçürülməsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vasitəçiliyi ilə köçürülməsi məsələsi öz əksini tapmışdı. Azərbaycan müstəqil ölkə kimi, öz siyasətini beynəlxalq hüquq və normalar çərçivəsində həyata keçirir. Dağlıq Qarabağ bölgəsindən vəhşicəsinə qovulan vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaq, onların haqqı və hüququdur. Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənin belini qıraraq möhtəşəm Zəfər qazandı .Elə cənab prezidentin rəhbərliyi ilə ən qısa müddətdə bizim vətəndaşlarımız öz dədə-baba yurdlarına geri qayıdacaqlar". Вернуться назад |