Главная > Cəmiyyət > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ24-12-2020, 16:07. Разместил: azadses |
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. "Azad Səs" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib. Hazırda 51 795 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, bu günə qədər isə ümumilikdə 2 115 991 test icra olunub. Вернуться назад |