Главная > Cəmiyyət > İlkin mərhələdə bu könüllülər ordudan tərxis ediləcək - AÇIQLAMA
İlkin mərhələdə bu könüllülər ordudan tərxis ediləcək - AÇIQLAMA24-12-2020, 14:22. Разместил: azadses |
Xəbər verdiyimiz kimi sentyabrın 27-də başlayan əks hücum əməliyyatı noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla dayandırıldı. Hazırda hər kəsi maraqlandıran sual könüllü orduya gedənlərin nə zaman buraxılacağı və ilkin mərhələdə kimlərə üstünlük veriləcəkdir. Bununla bağlı Sonxeber.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ailəsində şəhid olanları tərxis ediblər: Növbəti mərhələdə səfərbərlik xətti ilə gələn ailəli könüllülərin tərxis edilməsi gözlənilir. Onların müvafiq sənədlərinin yığılmasına başlanılıb. Amma onların nə zaman tərxis edilməsi isə hələ bilinmir. Bilirəm, orduda olan könüllülərin ailələri, onların nə zaman tərxis ediləyi ilə maraqlanır. Mən də istərdim ki, bütün könüllülər yanvarın 1-nə kimi ailələrinə qovuşsunlar. Bu barədə qərar vermək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin səlahiyyətindədir. Hazırki mərhələdə evli olan könüllü döyüşçülərin, növbəti mərhələdə isə digər könüllülərin buraxması gözlənilir". Вернуться назад |