Главная > Cəmiyyət > Qarabağa azərbaycanlıların köçürülməsi ilə bağlı AÇIQLAMA
Qarabağa azərbaycanlıların köçürülməsi ilə bağlı AÇIQLAMA24-12-2020, 13:18. Разместил: azadses |
“Başa çatmaqda olan 2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixində Azərbaycan Prezidentinin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan parlaq siyasi qələbə və torpaqlarımızın işğaldan azad olunduğu il kimi yadda qalacaq”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisinn bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Prezident İlham Əliyev xalqımıza zəfər sevinci yaşadıb: “Şəhidlərimizin qanı və canı bahasına qarış-qarış düşmən tapdağından azad olunmuş Vətən torpaqlarında həyatın yenidən başlanması, geri dönəcək vətəndaşların əvvəlkindən də yaxşı yaşaması bu gün bizim ən ümdə vəzifəmizdir. Dövlət başçısının tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiya olunması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarına yaşaması üçün şəraitin təşkil edilməsinə xüsusi önəm veririk. Prezidentin tapşırığı ilə bu işlərə xüsusi vəsait ayrılıb”. Вернуться назад |