Главная > Cəmiyyət > Bayram günlərində bu müəssisələrin fəaliyyətinə icazə verilə bilər?- AÇIQLAMA

Bayram günlərində bu müəssisələrin fəaliyyətinə icazə verilə bilər?- AÇIQLAMA


24-12-2020, 12:57. Разместил: azadses
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 4 461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Analiz nümunələri müsbət çıxan 46 nəfər isə vəfat edib. Gündəlik yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, gələn bayram günlərində kiçik geyim mağazaları və digər ictimai-iaşə obyektləri fəaliyyətə başlaya bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur:

"Əvvəlki günlər gündəlik yoluxanların sayının 4000-nə qədər yüksəldiyini görürdük. Bu gün isə ümumi rəqəm 2000-nə düşüb. Düşünürəm ki, azalma dinamikası bu qaydada davam edərsə, karantin rejimində müəyyən yumşalmalara gedilə bilər. Amma öncədən nəsə demək çətindir. Çünki virusla bağlı müəyyən fikirlər var. Artıq mutasiyaya uğrayaraq yeni növü də ortaya çıxıb.

Belə koronavirusun yeni növünün yayılması ilə bağlı müəyyən fikirlər var. Görülən tədbirlərin nəticəsində Azərbaycanda koronavirusa yoluxanların sayı digər günlərə nisbətən 2 dəfə azalıb. Əgər azalma bu templə edərsə, müəyyən yumşalmalara gedərək geyim mağazalarının və digər ictimai iaşə obyektlərin açılması məsələsinə baxıla bilər. Amma düşünürəm ki, bu gün bu barədə danışmaq hələ tezdir. Biz səbrlə gözləməliyik ki, virusla bağlı vəziyyət bir qədər səngisin. Bəli, bu prosesin iqtisadiyyatımıza müəyyən mənfi təsirləri var. Dövlətimiz də bütün müəssisələrin fəaliyyət göstərməsinə maraqlıdır. Ümid edək ki, azalma bu templə gedəcək və ən azından dekabrın 14-dən sonra qapadılan müəssisələr yenidən fəliyyətə başlayacaq".

Вернуться назад