Главная > Cəmiyyət > Azərbaycana qar yağdı - FOTO

Azərbaycana qar yağdı - FOTO


24-12-2020, 11:03. Разместил: azadses
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Qusarın Kəsə kəndində 26 sm hündürlükdə qar yağıb, temperatur mənfi 10 dərəcəyədək enib.

Qubanın Qrız kəndinə 17 sm, Xaltana 14 sm, Xınalığa 11 sm, Təngəaltına 7 sm hündürlüyündə qar düşüb. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 21 sm-ə çatıb. Quba, Qusar və Xaçmaz şəhərlərinə 1-2 sm qar yağıb.APA


Вернуться назад