Главная > Cəmiyyət > Azərbaycanda əlillərə bu şərtlərlə avtomobil veriləcək - RƏSMİ
Azərbaycanda əlillərə bu şərtlərlə avtomobil veriləcək - RƏSMİ23-12-2020, 15:53. Разместил: azadses |
Azərbaycanda əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsi proseduru müəyyənləşib. ''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda əksini tapıb. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) Fərdi Reabilitasiya Proqramının tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə uyğun olaraq təmin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. Şəxs reabilitasiya vasitələri ilə bu Qaydada müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda 1 ədəd olmaqla və istifadə müddəti müəyyən edilmədən təyin edilir: - ikinci (II B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; - ağciyər çatışmazlığı, II dərəcəli; - bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; - hemiplegiya, nəzərəçarpan hemiparez; - nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; - hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, II dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda II-III dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; - hər iki aşağı ətrafın fillik xəstəliyi; - hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; - aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; - hər iki bud-çanaq oynağının ankilozu; - onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. - Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan III-IV dərəcəli əyilmələr; - bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli bo luqların olması ilə); - aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; - hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; - əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. Şəxs bu Qaydaya uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. Tibbi göstəriş olduğu halda, şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. Bu hal istisna olmaqla, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Minik avtomobili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan şəxslərə minik avtomobili verilmir. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təşkil edilir. Mühərrikli təkərli oturacaq bu Qaydada ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı əsasında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən yenisi ilə əvəz olunur. Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər şəxsə verilir. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Protez-Ortopedik Bərpa Mərkəzində həmin reabilitasiya vasitələrinə 3 iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. Hüququ yarandığı halda şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Вернуться назад |