Главная > Cəmiyyət > Bu dəhlizi Türkiyə mühafizə etməlidir - Professordan VACİB AÇIQLAMA

Bu dəhlizi Türkiyə mühafizə etməlidir - Professordan VACİB AÇIQLAMA


23-12-2020, 14:59. Разместил: azadses
Qarabağ Zəfəri Azərbaycanla Türkiyənin birləşmə dəhlizi oldu.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Sakarya Universiteti Türkiyə-Ermənistan Münasibətlərini Araşdırma Mərkəzinin rəhbəri, professor Haluk Selvi deyib.

Professor bildirib ki, Ermənistanın təcavüzləri və hücumları nəticəsində Dağlıq Qarabağın işğaldan azad olunması üçün hərəkat başladan Azərbaycanın bu uğuru 20 il əvvəl də qaçılmaz olardı, amma beynəlxalq hüquq Azərbaycanı ləngidərək Ermənistanı məmnun etmək yolunda gedib.

“Türkiyə və Azərbaycan iki dövlət, bir millət olaraq bu coğrafiyada öz hakimiyyətini ortaya qoydu. İran ilk olaraq Türkiyənin uğursuz olması üçün Ermənistana dəstək verdi, amma orada yaşayan türklərin etirazları dövləti geri addım atmağa məcbur etdi. Hərəkatın 2-ci həftəsində İran bitərəf mövqeyini sərgiləməyə başladı”, - H.Selvi qeyd edib.
Onun sözlərinə görə, mübarizə indi də masada davam edir: “Bu bir zəfərdir, uğurdur. Amma indi bunu diplomatik baxımdan uğura çevirmək lazımdır. Türkiyə bütün Mərkəzi Asiyaya açılan dəhlizi mühafizə etməlidir. Bu dəhliz mədəniyyət, ticarət və Mərkəzi Asiyaya gedən yoldur. Bu, Azərbaycanla Türkiyənin birləşmə dəhlizidir”.
Professor qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sadəcə sülh və sabitlik istəyir.


Вернуться назад