Главная > Cəmiyyət > Qiymətlər qalxacaq - Ekspertdən XƏBƏRDARLIQ

Qiymətlər qalxacaq - Ekspertdən XƏBƏRDARLIQ


23-12-2020, 13:49. Разместил: azadses
Son zamanlarda insanları maraqlandıran mövzulardan biri də qarşıdan gələn qış aylarında ərzaq məshullarının qiymətlərində hansı dəyişikliklərin olacağı ilə bağlıdır.

Bununla bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib:

"Hazırda bahalaşmanın olması təbii haldır. Çünki artıq mövsümi amillər aradan qalxıb. Həm də Azərbasycanda ərzaq məshullarının ən az 50 faizini idxal məshulları təşkil edir. Digər tərəfdən, yerli məshulların istehsalında da ciddi monopoliya təsirləri var. Ona görə hesab edirəm ki, hər il olduğu kimi, bu il də qarşıda bahalaşma gözləniləndir.

Hazırda dünyada buğdanın, unun qiyməti bahalaşarsa, Azərbaycan yerli tələbatının 50 faizini xaricdən idxal etdiyi üçün un və ərzaq buğdası işlənən məshulların qiyməti müəyyən qədər bahalaşacaq. Bu qiymət də bazar qiyməti sayılır. Bu baxımdan hesab edirəm ki, qarşıdakı aylarda ərzaq məshullarının qiymətində bahalaşma ola bilər".


Вернуться назад