Главная > Cəmiyyət > Rusiyalı hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ: Azərbaycan əsgərləri sizi saxlasa…
Rusiyalı hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ: Azərbaycan əsgərləri sizi saxlasa…23-12-2020, 13:20. Разместил: azadses |
Gorus-Qafan magistral yolunu qoruyan Rusiya sərhəd xidmətinin əsgərləri erməni sürücülərə onlarla əlaqə yaratmaq üçün telefon nömrələri paylayır. ''Azad Səs'' Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gorus-Qafan magistral yolunda hərəkət edən sürücülərdən biri sosial şəbəkədə paylaşıb. Bildirilir ki, Rusiya hərbçiləri erməni sürücülərdən Gorus-Qafan magistral yolunun Azərbaycanın nəzarətində olan 4 km-lik hissəsində sürətlə hərəkət etmələrini, heç yerdə dayanmamalarını, əgər Azərbaycan əsgərləri onları saxlamaq istəsə verilən telefon nömrələri ilə zəng etmələrini tələb ediblər. Məlumat üçün bildirək ki, Ermənistanın Gorus və Qafan şəhərlərini birləşdirən magistral yolun 4 km-lik hissəsi Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçir. Hazırda həmin yol Azərbaycan əsgərlərinin nəzarətində olsa da, yol ilə hərəkət edən erməni sürücülərin təhlükəsizliyini Rusiya sərhəd xidmətinin əsgərləri təmin edir. Вернуться назад |