Главная > Cəmiyyət > Pandemiyanın yarada biləcəyi böhranın qarşısı alınıb - Samir Şərifov

Pandemiyanın yarada biləcəyi böhranın qarşısı alınıb - Samir Şərifov


23-12-2020, 12:24. Разместил: azadses
Hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində koronavirus pandemiyasının yarada biləcəyi böhranın qarşısı alınıb.

''Azad Səs''-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, xalqın rifahının təmin edilməsi, işğal edilmiş ərazilərdə nəzərdə tutulan tədbirlər, dövlət sərhədlərinin bərpa edilməsi və digər xərclər nəzərə alınıb.
S.Şərifov bildirib ki, büdcə Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək istiqamətində tədbirlər nəzərə alınmaqla tərtib edilib.(Trend)


Вернуться назад