Главная > Cəmiyyət > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ21-12-2020, 16:25. Разместил: azadses |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Azad Səs"-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383, bu günə qədər isə ümumilikdə 2 073 137 test icra olunub. Вернуться назад |