Главная > Cəmiyyət > Yaşayış minimumu 196 manat oldu

Yaşayış minimumu 196 manat oldu


21-12-2020, 13:13. Разместил: azadses
2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196,0 manat məbləğində müəyyən edilib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
 
2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Вернуться назад