Главная > Cəmiyyət > Bayram günlərində karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA

Bayram günlərində karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA


21-12-2020, 13:02. Разместил: azadses
Xəbər verdiyimiz kimi dekabrın 14-dən yanvarın 18-nə kimi ölkə ərazisində bir neçə şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi tərbiq edilir. Sərt karantin rejimi özünün müsbət nəticəsini göstərməkdədir. Belə ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur. Ən önəmlisi isə sağalanların sayı yoluxanlardan iki dəfə çox olub. Belə ki, dekabrın 20-də 2 961 nəfər koronavirusa yoluxub, 4 317-ü nəfər isə sağalaraq evə buraxılıb. 35 nəfər də "COVID-19"dan vəfat edib. Bu azalma dinamikası davam edərsə, bayram günlərində karantin rejimi yumşala bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Azər Badamov bildirib ki, ölkədə tətbiq olunmuş sərt karantin rejimi koronavirusa yoluxmanı stabilləşdirib:

"Əgər 14-dekabra qədər COVİD-19-a yoluxanların sayında hər gün artımlar müşahidə olunurdusa, karantin rejiminin sərtləşdirilməsindən keçən 6 gün ərzində yoluxmaların dinamikasında müsbət meylləri görürürük. Bu o demək deyil ki, müsbət nəticə əldə olunan kimi yumşalmalara getməliyik. Sərtləşdirilmiş karantin rejimi yanvarın 18-nə kimi tətbiq olunmuşdur və burada məqsəd insanların təmasını minimuma endirməklə yoluxma zəncirini qırmaqdır.

Son günlərin yoluxma dinamikasının aşağı düşməsi tətbiq olunmuş sərt karantin rejiminin tətbiqini düzgün addım olduğunun göstəricisidir. Bugün nəticələrin müsbətə doğru getməsi bayram günlərində karntin rejimində yumşalmaları və "sms icazə" sisteminin ləğvini gündəmə gətirməməlidir. Düşünürəm ki, sərtləşdirilmiş karantin rejimi 18 yanvara qədər davam etməlidir. Ediləcək yumşalmalar da 18 yanvardan sonraya hesablanmalıdır. 16 yanvarda Operativ Qərargah ölkədə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin nəticələrini təhlil edəcək. Əgər qarşıya qoyulan məqsədə nail olunubsa, təbii ki, 18 yanvardan sonra yumşalmalar gediləcəkdir. Bu gün əldə olunmuş nəticələr isə onu deməyimizə imkan verir ki, yoluxmaların dinamikasında azalmalar davam edəcək və sərtləşdirilmiş karantin rejiminin sonunda yumşalmaların edilməsinə şərait yaranacaqdır".

Вернуться назад