Главная > Cəmiyyət > Azərbaycanda mart ayından karantin rejiminin ləğv ediləcəyi ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda mart ayından karantin rejiminin ləğv ediləcəyi ilə bağlı MÜHÜM AÇIQLAMA


21-12-2020, 11:29. Разместил: azadses
İngiltərə ilə birlikdə bir çox ölkələr koronavirusla bağlı insanların vaksinasiyasına başlayıb. Azərbaycanda koronavirus əleyhinə vaksinasiyanın 2021-ci ilin ilk aylarından başlanması gözlənilir. Vaksinnasiyadan sonra mart ayından Azərbaycanda karantin rejiminin bitirməsi ilə bağlı iddialar səsləndirilir. Belə ki, mart ayında Azərbaycanda karantin rejimi bitə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, son bir il ərzində nəyinki Azərbaycanda, bütün dünyada koronavirus qlobal bəla olaraq ciddi fəsadlar törədib. Bu fəsadlar həm insanların həyatlarını itirməsinə, həm də iqtisadi və sosial cəhətdən ciddi zərbələr almaqla bağlıdır. Ümumiyyətlə, bu xəstəlik insanların normal yaşam tərzində müəyyən məhdudiyyətlərə səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı, mütəxəssislər və bu virusoloqlar dəfələrlə bəyan edir ki, "COVİD 19" bir növ dalğavari formada gələn bir xəstəlik növüdür. Yəni mütəxəssislər payız və qış aylarında bu xəstəliyin şiddətlənə biləcəyini söyləmişdilər. Deyildiyi kimi də oldu. Azərbaycan da digər ölkələrdə kimi oktyabrdan ölənlərin və yoluxanların sayında ciddi artım müşahidə olundu".
Deputat vurğulayıb ki, bugünkü nəticələrə baxdığımız zaman görərik ki, Operativ Qərargahın tətbiq etmiş olduğu məhdudiyyətlər, qapalı və açıq məkanlarda maskalardan istifadə olunmanın zəruri olması ilə bağlı Milli Məclisin qəbul etdiyi qərarın tətbiqinə geniş yer verilməsi, eyni zamanda rayonlara gediş-gəlişlə bağlı qadağaların qoyulması, ictimai-iaşə obyektlərinin bağlanması az da olsa xəstəliyin yayılma sürətini azalda bilib. Amma bu bizi arxayın etməməlidir. Anlamalıyıq ki, çox ciddi problemlə üz-üzəyik. Bütün bu proseslərə baxanda görərik ki, vaksinin tapılması, tətbiqi ilə bağlı müəyyən zaman var. Həmin zaman çərçivəsində bir çox ölkələrdə İngiltərədə və digər dövlətlərdə vaksinnasiyanın başlaması insanları arxayın salmamalıdır. Çünki bu çox ciddi virusdur. Təbii ki, elə bir imkan yoxdur ki, insanların hamısı eyni anda vaksinnasiya olunsun.
Biz artıq yeni ilə qədəm qoymaq ərəfəsindəyik. 2021-ci ildə biz öz sağlamlığımızı qorumaq istiqamətində ağlımızı və məntiqimizi istifadə edərək sadə 3 qaydaya əməl etməl etsək, əminəm ki, bütün bu bəlaların öhtəsindən gələ biləcəyik. Vaksinlərlə yanaşı bizim məsuliyyətli olmağımız bu gün bağlanan bütün müəssisələrin açılmasına, "sms icazə"nin tətbiqinin aradan qaldırılmasına, ictimai-iaşə obyektlərinin yenidən açılmasına, kafe və restoranların fəaliyyətə başlamasına kömək edə bilər. Bu da yüzlərlə insanın yenidən işləməsi,rahat şəkildə, icazə almadan çöldə gəzməsi deməkdir. Bununla da dövlətimizin bütün gücünü pandemiya deyil, işğaldan azad olunmuş ərazilərimizin bərpasına yönəldə biləcək.
Qaldı ki, mart ayından Azərbaycanda karantin rejiminin ləğv edilməsi üçün vaksinnasiya ilə yanaşı, biz qoyulan qaydalara əməl etsək yəqin ki, bu qadağalardan tez müdətdə qurtulmuş olarıq. Təbii ki, qaydaları qorumaq şərti ilə 2021-ci ilin ilk bahar ayından etibarən normal yaşam tərzimizə qayıda bilərik".

Вернуться назад