Главная > Cəmiyyət > Vətən Müharibəsi ilə bağlı portal hazırlanacaq

Vətən Müharibəsi ilə bağlı portal hazırlanacaq


21-12-2020, 09:43. Разместил: azadses
Vətən Müharibəsi ilə bağlı portal hazırlanacaq.
 
''Azad Səs'' xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Eyvazlı məlumat verib.
 
O, bildirib ki, Vətən Müharibəsi tariximizin ən şanlı səhifələrindəndir: “44 günün içində Azərbaycan XXI əsrin salnaməsini yazdı. Bu şanlı tarixi bütöv şəkildə göstərmək üçün professional işlənmiş portala ehtiyac var. Portalda Azərbaycan Prezidentinin xalqa müraciətləri, dünyanın ən öndə olan media qurumlarına verdiyi müsahibələr, şəhid və qazilərimizin hər birinin keçdiyi döyüş yolu, Gəncə, Tərtər, Bərdə və s. kimi qəhrəman şəhərlərin verdiyi mücadilə, diasporumuzun, diplomatiyamızın, QHT və media nümayəndələrimizin gördüyü işlər əks olunacaq. Qısaca desəm, portala daxil olan şəxs 44 günlük Vətən Müharibəsinin bütün tərəfləri ilə tam tanış ola biləcək. Həm tarixi, həm xalqımızın qəhəramanlığının təcəssümü baxımından bu portal daim işlək olacaq. Layihəyə dostumuz Rasim Mədəd rəhbərlik edəcək. Yaxın günlərdə əlaqə vasitələrini təqdim edəcəyik. Bu işdə hər birinizin köməyinə ehtiyacımız olacaq”.

Вернуться назад