Главная > Cəmiyyət > Azərbaycanda koronavirus təhlükəsi - 7 nəfər xəstəxanaya düşdü
Azərbaycanda koronavirus təhlükəsi - 7 nəfər xəstəxanaya düşdü5-02-2020, 09:28. Разместил: azadses |
Çindən gələn tələbələr xəstəxanada saxlanılırlar Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Açıqlamada bildirilib ki, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var. Məlumata görə, Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub. Digəri Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq. Kliniki Tibbi Mərkəzə yerləşdirilən başqa bir şəxs Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Onun da hərarəti normaldır heç bir şikayəti yoxdur. Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da xəstəxanaya yerləşdirilib. Heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb. Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək . Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub, hazırda səhhətində problem yoxdur. Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar. Вернуться назад |