Главная > Cəmiyyət > Apteklərdə qanunsuz dərmanlar satılır? - TƏBİB-dən AÇIQLAMA

Apteklərdə qanunsuz dərmanlar satılır? - TƏBİB-dən AÇIQLAMA


19-12-2020, 16:01. Разместил: azadses
Sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi (TƏBİB) tərəfindən koronavirus xəstələrinə pulsuz verilməli olan dərmanların apteklərdə 53 manata satılması ilə bağlı məlumatlar yaılıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı  açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnara Baxış sözügedən paketlərin TƏBİB-ə məxsus olmadığını bildirib:
“Həmin dərman paketləri TƏBİB-ə məxsus deyil. TƏBİB evdə müalicə alan koronavirus xəstələrini pulsuz dərman paketləri ilə təmin edir. Həmin paketlərin ön və arxa tərəfində də TƏBİB-in loqosu var. Sosial şəbəkələrdə yayılan paketlərinin üzəri isə hansısa aptek tərəfindən dizayn olunub”.
Qeyd edək ki, TƏBİB koronavirus xəstələrini pulsuz dərmənla təmin etdiyini qeyd etsə də, bir çox vətəndaşlar onlara pulsuz dərman verilmədiyini bildirir.


Вернуться назад