Главная > Cəmiyyət > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ19-12-2020, 14:55. Разместил: azadses |
Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 705 yeni yoluxma faktı qeydə alınıb, 4 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. "Azad Səs" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 42 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 199 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 nəfər vəfat edib, aktiv xəstə sayı 61 490 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 931, bu günə qədər isə ümumilikdə 2 049 239 test icra olunub. Вернуться назад |