Главная > Cəmiyyət > Bakı Metrosu fəaliyyətini nə vaxt bərpa edəcək?- RƏSMİ AÇIQLAMA

Bakı Metrosu fəaliyyətini nə vaxt bərpa edəcək?- RƏSMİ AÇIQLAMA


18-12-2020, 16:22. Разместил: azadses
Xəbər verdiyimiz kimi metropolitenin fəliyyəti gələn ilin yanvarın 31-dək dayandırılıb. Dünən gündəlik sağalanların sayının yoluxanlardan çox olması və şəhərdə sıxlığın azalması metronun vaxtından tez açılması fikirini formalaşdırıb. Bakı Metrosu yanvarın 31-dən tez fəaliyyətə başlaya bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu məsələ Operativ Qərargahın səlahiyyəti olduğu üçün bununla bağlı hər hansı bir şərh vermək səlahiyyətimiz yoxdur:

"Həm də bu peşəkarlıq baxımından sırf Operativ Qərargahda həll edilir. Metronun fəaliyyəti ilə bağlı hər hansı sual olsaydı onu rahatlıqla cavablandıra bilərdim. Amma bu yoluxma və digər məsələlərlə bağlı olduğu üçün peşəkarlaşmış və ixtisaslaşmış rəyi ancaq Operativ Qərargh verə bilər. Hələlik metronun fəaliyyəti yanavarın 31-nə kimi dayandırılıb.
Əgər həmin müddət uzadılmasa, metro yanavarın 31-dən sonra fəaliyyətə başalaya bilər. Təbii ki, bu Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. Veriləcək qərara rəğmən metropolitendə həmişə olduğu kimi gündəlik iş rejimi şəraitində bütün tədbirlər zamanında görülür. Çünki metropolitenin işi tək sərnişin daşıma deyil, eyni zamanda sərnişinlərin görmədiyi hazırlıqlar hər gün normativə uyğun davam etdirilir".

Вернуться назад