Главная > Cəmiyyət > Diqqət: Mərkəzi Bank qərar verdi

Diqqət: Mərkəzi Bank qərar verdi


18-12-2020, 14:26. Разместил: azadses
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,5%-dən 6,25%-ə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində müəyyən edilib.
''Azad Səs''-in məlumatına görə, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində müəyyən edilib.
AMB bildirir ki, pandemiyanın təsiri ilə xarici və daxili tələbin zəifliyi şəraitində faktiki və proqnozlaşdırılan inflyasiya səviyyəsi qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda qalır ki, bu da pul siyasətinin yumşaldılması üçün potensialın mövcud olduğunu göstərir.
Valyuta bazarında tarazlığın davam etməsi, pul təklifinin və kredit qoyuluşlarının zəifi artımı şəraitində qəbul edilən qərar monetar şəraitin yumşaldılmasına yönəldilib.
Digər tərəfdən qlobal enerji daşıyıcıları bazarında müşahidə edilən son meyllər, onların 2021-ci ildə də davam etməsi perspektivləri ölkənin xarici mövqeyinin və iqtisadi subyektlərin gözləntilərinin yaxşılaşmasını dəstəkləyə biləcəyi qeyd edilir.

AMB-ə görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar pandemiyanın təsirləri, iqtisadiyyatın bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları nəzərə alınmaqla qəbul ediləcək.Pravda.az

Вернуться назад