Главная > Cəmiyyət > İcbari tibbi sığorta ilə bağlı VACİB XƏBƏR

İcbari tibbi sığorta ilə bağlı VACİB XƏBƏR


18-12-2020, 13:05. Разместил: azadses
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən (164.1.51-ci maddə), icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha bir il artırılır. Beləlkilə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad olacaq.

Qanun layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edilib.


Вернуться назад