Главная > Cəmiyyət > Azərbaycanda 14 yaşlı oğlan itkin düşdü - FOTO

Azərbaycanda 14 yaşlı oğlan itkin düşdü - FOTO


4-02-2020, 00:22. Разместил: azadses
Əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub
Qusar rayonunda 14 yaşlı oğlan itkin düşüb.
Azadsəs-in məlumatına görə, Qusar rayonu Bədirqala kənd sakini Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Əmrah Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır. 
Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub. 
Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.




Вернуться назад