Главная > Cəmiyyət > İlqar Məmmədov: “Sərt karantinlər nəyə lazım idi?”
İlqar Məmmədov: “Sərt karantinlər nəyə lazım idi?”17-12-2020, 10:46. Разместил: azadses |
“Virus deyir “sən hansı karantin qoyursan qoy, öz işimi görəcəm”. Azərbaycan və İsveç ikisi də 10 milyon əhalisi olan ölkədir. Azərbaycan dünyanın ən sərt karantinini ən uzun müddət tətbiq edib. İsveç isə demək olar heç bir karantin tətbiq etməyib. Amma 8 ay ərzində orda və burda son 5 ilin “norma”sından artıq olan ölüm sayı eynidir. Əslində bizdə bir qədər daha az olmalı idi, çünki bizdə əhali nisbən daha gəncdir və hər il ölənlərin sayı bizdə ümumən oradakından azdır. Amma eynidir, hətta Azərbaycanda bir qədər çoxdur”. ''Azad Səs''-in xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib. “Müqayisədən belə çıxır ki, virus karantinə hörmət eləmir. Eyni əhali sayı olan ölkədə eyni vaxt ərzində eyni qədər adamı öldürür. Elədirsə, onda bu sərt karantinlər nəyə lazım idi?” – İ.Məmmədov sual ünvanlayıb. Вернуться назад |