Главная > Cəmiyyət > Azərbaycanda tibb sahəsində çatışmazlıqlar hansı bölgələrdədir? - AÇIQLAMA
Azərbaycanda tibb sahəsində çatışmazlıqlar hansı bölgələrdədir? - AÇIQLAMA16-12-2020, 11:13. Разместил: azadses |
“Müharibə bölgəsinə ən yaxın bölgələr, xüsusilə Tərtər və Ağdamda tibb sahəsində çatışmazlıqların olduğunu müşahidə etdik”. ''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. O bildirib ki, həmin bölgələr uzun illər cəbhə xəttinə yaxın olub: “İnsanların oraya yerləşməsi və özlərini təhlükəsiz hesab etmələri vacibdir. Bunu yaxşı qiymətləndirmək lazımdır və buralarda olmayan tibb işçilərini geri gətirmək vacibdir”. “Bu bölgələrə səhiyyə işçilərinin gətirilməsi üçün uzunmüddətli tədbirlər görülməlidir. Bu zaman həmin bölgələrdə səhiyyə işçilərinin çatışmazlığı müşahidə edilməz”, - deyə o qeyd edib. Вернуться назад |