Главная > Cəmiyyət > Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir
Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir29-01-2020, 11:38. Разместил: azadses |
“Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur”. Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil: “ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”. A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb: “Yəqin, müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”. Вернуться назад |