Главная > Cəmiyyət > Qubada sərt karantin rejiminin tələblərinə nəzarət gücləndirilib

Qubada sərt karantin rejiminin tələblərinə nəzarət gücləndirilib


14-12-2020, 15:01. Разместил: azadses
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən sərt karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edir, zərurət yarandığı halda, yalnız icazə sistemi vasitəsilə icazə aldıqdan sonra yaşadıqları yerləri tərk etmələrini çatdırırlar.Report

Вернуться назад