Главная > Cəmiyyət > Könüllülər ordudan nə vaxt tərxis ediləcək?

Könüllülər ordudan nə vaxt tərxis ediləcək?


14-12-2020, 12:50. Разместил: azadses
Xəbər verdiyimiz kimi, 44 gün davam edən Vətən müharibəsinin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında 3 tərəfli bəyanat qəbul edilib. Bu gün hər kəsi maraqlandıran məsələ döyüşə cəlb edilən könüllülərin nə zaman evə buraxılacağı ilə bağlıdır.
''Azad Səs'' xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında qismən səfərbərlik elan olunaraq orduya çağrılıblar:

"Cənab prezidentin növbəti fərmanı olanda onlar buraxılacaqlar. Onlar hərbi qulluğa müvəqqəti gəliblər. Mənə elə gəlir ki, yanvar ayında bizdə çağırış olacaq. Çağırış müəyyən şəkildə hərbi hissələri təmin etsə, onlar buraxılacaqlar. Könüllülər orada daimi qalmayacaqlar. O halda qala bilərlər ki, onlar könüllü qalmaq üçün komandanlığa müraciət etsinlər".

Hərbi ekspert Ramil Məmmədli vurğulayıb ki, səfərbərlik xətti ilə çağırılanların tərxis edilməsi prezidentin səlahiyyətində olan məsələdir:

"Ona görə də konkret fikir səsləndirmək çətindir. Nəzərə alınmalıdır ki, ərazi böyüyüb.İşğaldan azad edilmiş ərzilər üzrə yeni çağış başlayana və şəxsi heyət tam formalaşana kimi səfərbərlik xətti ilə çağırılanların buraxılması real səslənmir. Amma bütün bu məsələlər Ali Baş Komndanın səlahiyyətində olan məsələdir. Cənab prezident könüllülərin tərxis edilməsi ilə bağlı nə vaxt qərar verərsə, onda da icra ediləcək".

Вернуться назад