Главная > Cəmiyyət > Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq


14-12-2020, 11:21. Разместил: azadses
Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr tarixindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrliyində, magistralın Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, məhdudlaşdırma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.
Təmir müddəti ərzində nəqliyyyat vasitələrinin hərəkəti ikitərəfli olmaqla magistralın əks istiqaməti üzrə təşkil olunacaq.
Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Вернуться назад