Главная > Cəmiyyət > Restoranların da fəaliyyəti dayandırıldı
Restoranların da fəaliyyəti dayandırıldı14-12-2020, 09:20. Разместил: azadses |
Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb. ''Azad Səs''-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir. Qeyd edək ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib. Вернуться назад |