Главная > Cəmiyyət > Sərt karantinin müddəti daha bir neçə ay uzadlıacaq? - AZƏRBAYCAN

Sərt karantinin müddəti daha bir neçə ay uzadlıacaq? - AZƏRBAYCAN


13-12-2020, 15:32. Разместил: azadses
“Dünyanın keçdiyi yol onu göstərdi ki, sərt karantin rejimindən dərhal sonra daha çox, yüksələn xətlə virusa yoluxma halı baş verir.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli sərtləşdirilmiş karantin rejimi ilə bağlı danışarkən deyib. O bildirib ki, sərt karantin rejimi öz-özlüyündə virusa qaşı mübarizədə çarə deyil:
“Dünya mart, aprel aylarında niyə buna getdi? Çünki səhiyyə sistemi hazır deyildi. Xəstəxanalarda çarpayı sayını artırmaq, çoxlu dərman istehsal etmək və virusu öyrənmək lazım idi. Dünya ölkələri ilkin karantin rejimindən dərslər çıxardılar. Bizdə isə yenidən eyni şey təkrarlanır. Bunun bir nəticə verəcəyini düşünmürəm. Ola bilsin ki, təqribən 10 gündən sonra virusa yoluxanların sayı yenidən azalsın. Lakin karantin rejimi aradan qalxan kimi, yenidən yüksəlişə doğru gedəcək. Biz sadəcə, virusun yayılma alqoritmini bir müddət saxlaya bilirik. Amma bu saxlamanın da nəticəsi olaraq xəstəxanları və tibb sistemini daha yaxşı vəziyyətə gətirməli idik. Əgər bu edilmirsə, karantin rejiminin də bir mənası olmur”.


Вернуться назад