Главная > Cəmiyyət > Antibiotiklərin mənfi təsirlərini necə azaltmaq olar?

Antibiotiklərin mənfi təsirlərini necə azaltmaq olar?


13-12-2020, 13:07. Разместил: azadses
Həkim və televiziya aparıcısı Yevgeni Komarovski antibiotik qəbul etdikdən sonra immuniteti bərpa etməyin yolları barədə tövsiyələrini bölüşüb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Yutub kanalında danışıb. Həkim immunitetin viruslara və bakteriyalara qarşı mübarizə aparan bədənin bütün sistemlərinin bir toplusu olduğunu qeyd edib:
“Buna görə də heç bir dərman immun sistemini “yüksəldə” bilməz. Bədənin təbii müdafiəsini stimullaşdırdığı iddia edilən mövcud bütün dərmanlar insan savadsızlığı ilə bağlıdır. İmmunitetin yaxşılaşması fiziki fəaliyyət, normal temperatur, yaxşı əhval-ruhiyyə və təmiz havadan asılıdır. İmmunitetin bərpası üçün ilk növbədə fiziki fəaliyyətlə məşğul olmalı və şəkərli, qazlı içkilərdən imtina etməlisiniz. Həm də soğan və sarımsaq kimi qidaları yeməyi tövsiyə etmirəm. Çünki çox miqdarda sarımsaq yemək orqanizmə zərər verə bilər ki, bu da immuniteti bərpa etməyə kömək etməyəcək”.

Вернуться назад