Главная > Cəmiyyət > Nə üçün bir maskanı bir neçə dəfə istifadə etmək olmaz? - Mütəxəssislərdən AÇIQLAMA
Nə üçün bir maskanı bir neçə dəfə istifadə etmək olmaz? - Mütəxəssislərdən AÇIQLAMA12-12-2020, 11:52. Разместил: azadses |
Bir adam ardıcıl bir neçə gün eyni maskanı taxarsa, maska "nəm kompresə" çevrilir. ''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bunu rusiyalı infeksionist Yelena Belova "RİA Novosti"yə müsahibəsində deyib. "İnsanlar indi daha az müqavimət yolunu tutublar - təkrar istifadə edilə bilən maska alıb iki-üç həftə onu taxırlar. Sağlamlıq üçün birdəfəlik maskalardan istifadə edib onu düzgün tətbiq etmək daha vacibdir. Nəm maskanı atmaq lazımdır", - deyə Belova deyib. Onun sözlərinə görə, əgər insanın ağciyərində problem varsa, daha yaxşı bir variant kimi filtrli, qapaqla olan maska almaq yaxşıdır: "Onlar ağciyər problemi olan insanlara rahat nəfəs almağa imkan verirlər". Öz növbəsində infeksionist, professor Nikolay Malışev bildirib ki, bir insanın uzun müddət taxdığı maska özünə kir toplayır: "Birincisi, onun üzərinə nəfəs alırsınız, çirklənir, nəmlənir. Ancaq digər insanlar sizin üstünüzə öskürür, asqırır və siz bunları da toplayırsınız. Əgər gün ərzində dəyişməsəniz, onda onun üzərində daha çox şey olacaq - həm bakteria, həm də viral çirklənmə. Bu səbəbdən maskanı dəyişdirmək lazımdır" Вернуться назад |