Главная > Cəmiyyət > Sərt karantində it gəzdirmək olar? - AÇIQLAMA

Sərt karantində it gəzdirmək olar? - AÇIQLAMA


12-12-2020, 11:43. Разместил: azadses
“Sərt karantin rejimində vətəndaşların aldıqları icazə müddəti ərzində itlərini gəzdirməsinə icazə var”.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bunu  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev deyib:
"Ev heyvanlarından itlərin gəzdirilməsi üçün əlavə icazə almağa ehtiyac yoxdur. Ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsilə evdən çıxmaq icazəsi almış şəxslər üç saat müddətində həm də itlərini gəzdirə bilərlər”.

Вернуться назад