Главная > Cəmiyyət > Bu dərmanlardan istifadə etməyin! - Ağır fəsadları olur...
Bu dərmanlardan istifadə etməyin! - Ağır fəsadları olur...12-12-2020, 11:03. Разместил: azadses |
Əhali arasında qızdırmasalıcı preparat kimi və vitamin əvəzinə antibiotiklərdən çox istifadəni müşahidə edirik. Təəssüf ki, bu hal çox geniş yayılıb. ''Azad Səs'' bildir ki TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, antibiotiklər çox ağır dərmanlardır, xəstələrin onlardan ev şəraitində istifadə etməsi qəti şəkildə yolverilməzdir. N.Mustafayeva bildirib ki, profilaktik məqsədlə antibiotikdən istifadə edilməməlidir. Qızdırmanın olması da antibiotikdən istifadə üçün göstəriş deyil. Antibiotiklərdən istifadə etmək üçün qan analizi və digər müayinələr aparılmalı və buna ehtiyacın olması sübuta yetirilməlidir. Biz bununla xəstənin antibiotikə olan ehtiyacını təyin etməliyik ki, bu preparatı nə zaman və hansı dozada istifadə edə bilərik”. N.Mustafayeva qeyd edib ki, antibiotikdən yersiz istifadə edilərsə, ehtiyac yaranan zaman həmin preparatdan istifadə səmərə vermir: “Antibiotikdən lazımsız yerə istifadə edildiyi zaman xəstədə ona qarşı davamlılıq yaranır. Buna görə də antibiotikə həqiqi ehtiyac yaranan zaman ondan istifadə edə bilmirik və xəstələri itiririk”. // Trend.az Вернуться назад |