Главная > Cəmiyyət > Koronavirusla bağlı vəziyyət pisləşib - TƏCİLİ YARDIM GECİKİR VƏ...

Koronavirusla bağlı vəziyyət pisləşib - TƏCİLİ YARDIM GECİKİR VƏ...


10-12-2020, 16:24. Разместил: azadses
“Koronavirus haqqında müxtəlif suallar məhz poliklinika həkimləri və tibb işçiləri ilə müzakirə oluna bilər. Bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, evdə özünü təcrid, digər qoruyucu tədbirlərlə bağlı təcili yardıma zəng etmək həmin xidmətin və onun əlaqə vasitələrinin yüklənməsinə səbəb olur:
“Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma hallarında müraciət edilməlidir.
Lakin vdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağırışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın geçikməsinə səbəb olur. Bu səbəbdən vətəndaşlar yuxarıda qeyd olunan hallar olmadıqca təcili yardımla əlaqə saxlamasın".


Вернуться назад