"Təbii ki, bu, havaların soyuması, fəsillərin dəyişməsi ilə əlaqədardır. Amma artım tendensiyası belə davam edərsə, yoluxma sayı getdikcə çoxalacaq. Bu gün koronavirusa yoluxan 2000 xəstənin hər biri bir neçə nəfərlə kontaktda olur. Buna görə də yoluxma sayı artmaqda davam edir”.
TƏBİB rəsmisi qeyd edib ki, evdə müalicə olunan xəstələrin hər bir ailə üzvü növbəti günlər üçün potensial xəstə hesab olunur. Bu səbəbdən də evdə müalicə alan koronavirus xəsətəsi özünü digər ailə üzvlərindən maksimum təcrid etməli, izolyasiya qaydalarına riayət etməlidir. (trend)