Главная > Cəmiyyət > Sərt karantin rejimi: Minimum 2 həftəyə... - Həkimdən ŞOK AÇIQLAMA
Sərt karantin rejimi: Minimum 2 həftəyə... - Həkimdən ŞOK AÇIQLAMA9-12-2020, 16:25. Разместил: azadses |
"Əgər sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl olunsa, 2 həftəyə yoluxma sayında azalma müşahidə edilə bilər". ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev xüsusi karantin rejimi ilə bağlı danışarkən deyib. O, vətəndaşları qaydalara əməl etməyə çağırıb: “Çox təəssüf ki, ölkəmizdə koronavirusa yoluxma sayında ciddi artım müşahidə olunur. Bu səbəbdən, Nazirlər Kabineti yanında Operativ Qərargah məcbur qalaraq, ölkə ərazisində sərt karantin rejiminin tətbiqinə qərar verib. Çünki yoluxma sayının qarşısını almaq üçün başqa variant yoxdur. Düşünürəm ki, sərtləşdirilimiş karantin rejiminin yoluxma sayının azalmasında müəyyən qədər xeyri olacaq. Lakin yaxın bir neçə gün ərzində azalma gözləmək olmaz. Yoluxma sayında azalmanın olması üçün minimum 2 həftə vaxt lazımdır. Amma təbii ki, xüsusi karantin rejiminin effekt verməsi üçün birinci növbədə karantinin şərtlərinə əməl etmək lazımdır. Əgər şərtlərə əməl olunmasa, hansısa müsbət nəticə gözləmək olmaz”. Вернуться назад |