Məşhur türkiyəli müğənni və prodüser Mahsum Kırmızıgül FETÖ terror təşkilatı ilə əlaqədə ittiham edilən iş adamı, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovun məhkəməsində ifadə verib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, M.Kırmızıgül sərbəst ifadəsində bu sözləri deyib: "Mübariz bəylə biz uzun zamandır ailə dostuyuq. Bu ittihamları eşidəndə çox təcübləndim. Uzun zamandır yanında olmuşam və heç bir zaman o insanlarla əlaqəsinin olduğunu görməmişəm. Mübariz Mənsimov iş adamıdır, xaricdən pul qazanıb bu ölkəyə yatırımlar edirdi. Çox xeyirsevər insandır və mən bu xeyriyə işlərinin də şahidi olmuşam".