“Ürək artmış qan həcmini dövr etdirməkdə çətinlik çəkər və ağciyərlərə maye yığışar, onsuz da iltihabi ağciyərlər ödemə düşməyə bəhanə axtarır. Xəstəyə maye qoşulduqda iki strategiya var. Liberal (gen, bol) və restriktiv (ən minimal).
Koronavirus xəstələrində restriktiv strategiya daha əhəmiyyətlidir. Ağciyər yüklənməsin deyə gündəlik fizioloji tələbatı xəstəyə vermək kifayətdir. Yəni insan 70 kq-dırsa, ona 2100 ml maye lazımdır. Əgər bu mayeni gün ərzində içə bilmirsə, yemək yeyə bilmirsə, iştah yoxdursa, ya da ürəkbulanma, qusma varsa, maye sistemlər şəklində evdə qoşula bilər.
Lakin bilin ki, sistemi təcrübəli tibb işçisinin qoşması və nəzarəti vacib şərtdir. İnfuziyanın ağırlaşmaları var:
1. Hava emboliyası
2. Ekstravazasiya- dərialtı getməsi
3. Flebit- sistem gedən damarın iltihablaşması
4. Allergik reaksiyalar
5. İnfeksiya
Əgər xəstə su içə bilirsə, adi limonlu su ən yaxşı seçimdir. Kofeinli içkilər, meyvə şirələri, enerji içkiləri məsləhət deyil”, - həkim əlavə edib.