Главная > Cəmiyyət > Gənc jurnalist nazirlikdə vəzifəyə təyin edildi - FOTO

Gənc jurnalist nazirlikdə vəzifəyə təyin edildi - FOTO


9-12-2020, 11:21. Разместил: azadses
Tanınmış jurnalist, İctimai Televiziyanın reportyoru Sərvər Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə təyinat alıb.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, o, bundan sonra sözügedən qurumun müvafiq şöbəsində baş mütəxəssis kimi çalışacaq.
Qeyd edək ki, 2016-cı ilədək Xaçmazda fəaliyyət göstərən ARB Şimal Televiziyasının şef redaktoru, sonra isə Xəzər TV-də yayımlanan “Oyan Azərbaycan” proqramının əvvəlcə sosial müxbiri, sonra baş redaktoru olan S.Abdullayev, 2017-ci ildən İctimai Televiziyanın (İTV) İnformasiya departamentində müxbir kimi çalışıb.
S.Abdullayev “Səhnəmizin Məcnunu” adlı sənədli filmin müəllifidir.


Вернуться назад